Bakı 2015-də çıxış edən ilk idmançılar azərbaycanlılar oldu
Bakı 2015 ilk Avropa Oyunlarında sinxron üzgüçülük üzrə qadınlar arasında keçirilən yarışlarda çıxış edən ilk idmançılar azərbaycanlı Yekaterina Valiulina və Tatyana Nikitina olub. Azerisport.az xəbər verir ki, gənc üzgüçülər, azərbaycanı təmsil təmil edən ilk idmançılar olduqları üçün həddindən artıq həyəcanlı olublar. Rəqibləri ilə mübarizə bitdikdən sonra hisslərini bölüşən 16 yaşlı Valiulina tamaşaçılar tərəfindən böyük dəstək gördüklərini deyib:
"Bu çox məsuliyyətli və çox çətin idi. Lakin biz Azərbaycan üçün əlimizdən gələn nə vardısa, hamisini etdik və ümidvarıq ki, bacardıq.Tamaşaçıların dəstəyi həmin anın həyəcanına qapılmamaqda bizə kömək etdi".
Üzgüçü cütlük Rusiya Federasiyasında doğulublar. Uzun müddət orada yaşayan Yekaterina və Tatyana bir il əvvəl Azərbaycana köçərək burada yaşamağa başlayıblar.
Bakı 2015 birinci Avropa Oyunlarında qadınlar arasında keçirilən sinxron üzgüçülük yarışlarında azərbaycanlı uzgüçülər 20 cütlük arasında 18-ci yerdə qərarlaşıblar. Onlar, bu nəticəni qənaətbəxş hesab edirlər.
Gənc cütlük Azərbaycana gəlməmişdən öncə Rusiya Federasiyasında da yarışlarda iştirak edən cütlük ilk Avropa Oyunlarında keçirilən yarışlarda təmsil etdikləri ölkəni sevirlər. Bunu on beş yaşlı üzgüçü Nİikitina belə ifadə edib:
"Biz Azərbaycanı təmsil edən ilk idmançılar olduğumuza görə qürur hissi duyuruq".