Məşqçi Yatçenko azərbaycanlı idmançılara güvənir
Azərbaycan triatlon komandasının baş məşqçisi Sergey Yatçenko idmançıları Avropa Oyunlarının açdığı imkanlardan yararlanmağa çağırır. Azerisport.az xəbər verir ki, Yatçenko ilk Avropa Oyunlarında Azərbaycanın medal qazanacağına ümidlidir. Onun rəhbərlik etdiyi komandada özü oğlu Aleksandr və Rostislav Pevtsov kimi güclü idmançılar yer alır.
Gənclik illərində keçmiş SSRİ yığmasında yarışan Yatçenko qeyd edib: "Bu, Azərbaycanlı triatlonçulara rəqiblərinə öz gücünü göstərməsi üçün unikal bir şansdır. Biz həm Rostislav, həm də Aleksandrdan yüksək nəticələr gözləyirik".
Lakin yarışın nəticəsi oyunun taktikasından, digər idmançıların hansı səvyyədə çıxış edəcəyindən və başqa amillərdən də asılıdır.
Məşqçisi reytinq cədvəlində 9-cu sırada qərarlaşan Rostislavın ən yüksək nəticə göstərəcəyinə inanır. O, ötən il Macarıstanda keçirilmiş ITU üzrə Dünya Kuboku yarışlarında ikinci olub. 2014-cü ildə Hollandiyada keçirilmiş Avropa Çempionatındakı estafet yarışında isə Azərbaycanın birincilik qazanmasına kömək edib.
Məşqçi Yatçenko digər komandalardan portuqaliyalı idmançı Joao Silva və Joao Pereyra, ispaniyalı Fernando Alarza, rusiyalı Aleksandr Bryuxankov və Dmitri Polyanskini öz idmançıları üçün əsas rəqib hesab edir.
Bu beş idmançı qızıl medala əsas namizəd hesab olunur. Lakin Rostislav velosiped və üzgüçülkdə çox güclüdür və buna görə onun da qalib gəlməsi gözləniləndir.