Avstriyalı yeniyetmələr böyük uğurlara umid edirlər
İyirmi iki yaşlı Jasmin Mader Bakı 2015 ilk Avropa Oyunlarında bazar günü keçiriləcək yarışlarının başlanmasını səbirsizliklə gözləyir. Azerisport.az xəbər verir ki, o, dörd dəfə Dünya Çempionatında və beş dəfə Avropa Çempionatında iştirak edərək ölkəsini layiqincə təmsil edib.
Gənc oyunçu birinci Avropa Oyunlarında gənc komanda yoldaşları ilə qatılıb. On yeddi yaşlı Marliz Mannersdorfer və 16 yaşlı Cessika Stabinqer rəqibləri ilə əzmlə mübarizə apararaq Avstiryanın şərəfini layiqincə qoruyacaqlar.
Gimnast Mader inanır ki, avstriyalı gimnastlar birinci Avropa Oyunlarının hər bir mərhələsində baş verəcək çətinliklərə baxmayaraq uğur qazanmaq potensialına malikdirlər: "Bu, ilk növbədə komanda yarışlarıdır və biz komanda şəklində düşünür və çalışırıq. Daha sonra ola bilər ki, komandamızın bir və ya bir neçə üzvü çoxnövçülük və ya ayrı-ayrı hərəkətlər üzrə finala vəsiqə qazansın. Bu, əla olardı".
Mader və Stabinqer idmançıları 2014-cü ildə Çinin Nankin şəhərində keçirilmiş Dünya Çempionatında 22-ci yerə layiq görülüblər. Oyunlarda ən yaxşı nəticə göstərmiş 24 komanda 2015-ci ilin oktyabr ayında Şotlandiyanın Qlazqo şəhərində keçiriləcək və 2016-cı il Rio Olimpiya Oyunlarının növbəti təsnifat mərhələsi olan Dünya Çempionatı üzrə oyunlara vəsiqə qazanıblar.
Bu çempionatda veteran gimnastlar Eliza Hammerle və Liza Eker də Avstriya adından çıxış edib. Mader bildirib ki, sözügedən veteran oyunçular Bakı 2015-də iştirak etməsələr də, gənc gimnastlar olan Mannersdorfer və Stabinqerin qazanacaqları təcrübə gələcəkdə komandaya öz töhfəsini verəcək.