Türkiyəli oyunçular ABŞ-dan birbaşa Bakıya gələcəklər
Bakı 2015 Avropa Oyunlarında 16 iyun tarixində baş tutacaq kamandan oxatma yarışlarında Türkiyəni iki gənc oxatan təmsil edəcək. Azerisport.az xəbər verir ki, başlanmasına bir neçə gün qalan oyunlar Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutacaq.
Hər ikisi 16 yaşında olan Mete Qazoz və Yasemin Anagöz hal hazırda Yanktonda, Cənubi Dakota şəhərində 8 iyun tarixində başlanmış və 14 iyunadək davam edəcək 2015-ci il Gənclər arasında kamandan oxatma üzrə təşkil olunmuş dünya çempionatında iştirak etməkdədirlər.
Anagöz, yeniyetmə qadınlar arsında mübarizəsdə Yankton reytinq cədvəli üzrə altı yüksək xal toplayaraq, dörddəbir finala yüksəlıb. Qazoz isə ilk yarışda rəqibinə məğlub olaraq, finalı honq-konqlu Ka Lok Vonqa təslim etib.
Həmçinin, gənc oyunçular ABŞ-a yollanmazdan əvvəl 31 mayda Türkiyənin Antalya şəhərində təşkil olunmuş Dünya Kubokunda da iştirak ediblər.
Türkiyəni təmsil edən komandanın məşqçisi Alper Aytacoğlu, oxatanların son həftələr keçirilmiş oyunlarda istirahət etmədən ardıcıl iştiraklarına baxmayaraq, onlara güvəndiyini deyib:
"Antalya və Yanktonda apardıqları mübarizələrdən sonra Qazoz və Anagöz üçün bu yarış çətin olacaq. Onlar 15-16 iyun tarixlərində Bakıda olaraq mübarizə aparmalıdırlar. Amma yarış meydançası yaxşı olsa, bütün şərait uyğun şəkildə təşkil olunsa, inanmıram ki, komandamız gərginlik yaşasın".
Bakı 2015 ilk Avropa Oyunlarında kamandan oxatma yarışlarında türkiyəli idmançılarla yanaşı Polşa da iştirak edəcək. Rəqibləri ilə mübarizədə Polşanı oxatan Slavomir Naplojek təmsil edəcək.