Yunanıstanlı məşqçi Bakıda öz ölkəsinə qarşı
Şənbə günü, 13 iyun tarixində, saat 20:30-da Voterpol Arenasında Yunanıstan və Hollandiyanın qadınlardan ibarət su polosu komanlarının arasında keçiriləcək A qrupunun oyunu Hollandiyanın yunanıstanlı məşqçisi Evanqelos Doudesis üçün, sözsüz ki, xüsusi əhəmiyyətə malik olacaq. Azerisport.az xəbər verir ki, 2006-cı ildə Su Polosu liqasında Yunanıstanın hesabına bürünc medal qazandıran keçmiş beynəlxalq idmançı, indi Bakı 2015 Avropa Oyunlarında Hollandiyanın qadınlardan ibarət komandasının baş məşqçisinin köməkçisidir. O, bu oyun öncəsində fikirlərini belə açıqlayıb:
"Bu, xüsusi oyun olacaq. Öz ölkəmi təmsil etmədən milli dövlət himnimi eşitmək qəribə olacaq. Lakin bundan sonra oyun başlayacaq. Heyətin oyuna hazır olmasına kömək edəcəm. Bu oyun çətin olacaq və bizim hansı göstəriciyə sahib olduğumuzu müəyyən edəcək".
Doudesis, yunanıstanlı oyunçuların çoxunu yaxşı tanıdığını bildirib. Yunan komandasının üzvü İfiqenia Mavrotanı, daha yaxından tanıdığını vurğulayan məşqçi, sonuncunun 5 yaşı olarkən, onun baş məşqçisi olduğunu bildirib.
12 iyunda, birinci Avropa Oyunlarının açılış günündə, Yunanıstanın Böyük Britaniyanı 20-2 hesabı ilə məğlub etməsindən sonra, İfiqenia Mavrota keçmiş məşqçisi haqqında belə fikir bildirib:
"Fəxr edirəm ki, o, mənim məşqçim olub. O, mənə çox şeylər öyrədib. Bir az narahatam, çünki o, indi mənim necə oynayacağımı seyr edəcək".