Dörd Azərbaycan karateçisi Avropa Oyunlarının yarımfinalında
13 iyun 2015 14:10
Dörd Azərbaycan karateçisi Avropa Oyunlarının yarımfinalına vəsiqə qazanıb. Azerisport.az xəbər verir ki, bunlar Firdovsi Fərzəliyev (60 kq), Niyazi Əliyev (67 kq), Rafael Ağayev (75 kq) və İlahə Qasımovadır (55 kq).
Fərzəliyevi makedoniyalı Emil Pavlov, Əliyevi türkiyəli Burak Uyğur, Ağayevi almaniyalı Noa Biş, Qasımovanı isə fransalı Emili Tu ilə görüş gözləyir.
Nuranə Əliyeva ilə Fəridə Abıyeva çıxışını erkən başa vurub.