Azərbaycanın Avropa Oyunlarında ilk medalını İlahə Qasımova qazandı
13 iyun 2015 17:50

Kumite üzrə qadınlar arasında 55 kq-dək çəki dərəcəsi üzrə yarışlar yekunlaşıb. Azerisport.az xəbə verir ki, bu yarışda azərbaycanlı idmançı İlahə Qasımova üçüncü yeri qazanıb.
Qızıl medala Fransalı idmançı Emili Touy yiyələnib. Xorvatiyalı Yelena Kovaceviç gümüş medal sahibi olub.
Bununla da İlahə Qasımova Azərbaycanın Avropa Oyunlarındakı ilk medalını qazanıb. O, ispaniyalı rəqibi Kristin Ferrerlə görüşdə qələbə qazanaraq Bakıda təşkil olunan tarixi turnirdə ölkəmizə ilk medal sevincini yaşadıb.