Fəxri kürsüyə yalnız isveçrəli velosipedçilər qalxıb
13 iyun 2015 18:30
Kişilərin dağ velosipedi yarışında isveçrəli Şurter, Flukiqer və Qiqer ilk 3 yerin sahibi olub. Azerisport.az xəbər verir ki, kişilərin dağ velosipedi yarışında İsveçrə idmançıları Nino Şurter 1-ci yerin sahibi olub. O, finiş xəttini 1 saat 41 dəqiqə 4 saniyəyə keçib.
Gümüş və bürünc medalların sahibi də isveçrəli idmançılar olub. Lukas Flukiqer 13, Fabian Qiqer isə birincidən 33 saniyə arxada yarışı müvafiq olaraq 2-ci və 3-cü yerdə tamamlayıblar.