Spiriq Avropa Oyunlarınn qızıl medalını İsveçrəyə aparır
Avropa Oyunlarında qadınlar arasında triatlon yarışları yekunlaşıb. Azerisport.az xəbər verir ki, qızıl medalı əldə edən Nikola Spiriq bununla da Rio 2016 Olimpiya Oyunlarına vəsiqə qazanıb. O, London 2012-nin çempionu, isveçli Liza Norden və Reçel Klameri (Hollandiya) geridə qoymağı bacardı.
Nikola Spiriq isveçli Liza Norden ilə çoxdanın rəqibidir. Onlar üç il əvvəl Olimpiya titulu uğrunda yaxın məsafəyə qaçışda mübarizə aparıblar. Bu dəfə isə Spiriq öz rəqiblərindən əhəmiyyətli dərəcədə önə çıxdı. O, 10 km qaçış məsafəsini 34 dəqiqə 46 saniyəyə başa vurmaqla finiş xəttini ümumi nəticə hesabi ilə 2 saat 28 saniyəyə keçərək təbəssümlü siması ilə əlində İsveç bayrağını tutaraq yarışı başa vurdu.
"İlk Avropa Oyunlarında qalib gəlmək möhtəşəm hissdir və Rioda keçiriləcək Olimpiya Oyunlarına iştirak haqqı qazanmaq bu günü mənim üçün unudulmaz edir".
İki yaşlı Yanisin anası Nikola asudə vaxtlarında marafon qaçışı ilə məşğul olur. Qızıl medal sahibi deyir ki, indi arxayın şəkildə bu mövsüm üçün hazırlıq dövrünü planlaşdırmağa imkan yaradır.
İkinci və üçüncü yer sahibləri yarışda demək olar eyni nəticə göstərdilər. Reçel Klamer 2:01:44 nəticə ilə cəmi iki saniyə fərqlə Nordeni geridə qoyaraq gümüş medal qazandı. Norden isə uzunmüddətli zədədən sonra bərpa olunduğu üçün bürünc medal ilə kifayətlənməli oldu.
Klamer üçün yarışın üzgüçülük hissəsi çətin və təlatümlü keçdi. Bu mərhələdən sonra Klamer nəhayət ilk dövrəni keçə bildi. Maraqlıdır ki, həmin mərhələdə Spiriq hələ də geridə qalırdı. Lakin o, ikinci keçiddə kənara çıxmadan və geriyə baxmayaraq tez bir zamanda öz səviyyəsini göstərdi.
İrlandiyalı Ailen Reid, bir çoxları tərəfindən potensial mükafatçı kimi qəbul edilirdi və suya ilk tullanan da o oldu. Lakin yarışın gedişində Ailen önə çıxa bilmədi. O, qalibdən 3,5 dəqiqə sonra gələrək yarışı yalnız altıncı olaraq tamamladı.