Rafael Ağayevlə Firdovsi Fərzəliyev Avropa Oyunlarının qalibi oldu
13 iyun 2015 19:20
Azərbaycan karateçiləri Avropa Oyunlarının ikinci yarış günündə dörd medal qazanıblar. Azerisport.az xəbər verir ki, ilk medalı kumite yarışlarında 55 kq çəki dərəcəsində yarışan İlahə Qasımova qazanıb.
O, ispaniyalı Kristin Ferrerə qalib gələrək, bürünc medal əldə edib.
Firdovsi Fərzəliyev (60 kq) və Rafael Ağayev (75) müvafiq olaraq Luka Mareska (İtaliya) və Luici Busa (İtaliya) üzərində qələbələr sayəsində Avropa Oyunlarının qalibi adını qazanıb.
Digər medalımızı isə 67 kq çəki dərəcəsində Rikardo Qiqlera üzərində qələbə qazanaraq "bürünc"ə yiyələnən Niyazi Əliyev təmin edib.