Azərbaycan yığması Avropa Oyunlarına qələbə ilə başladı
13 iyun 2015 19:40
Azərbaycanın voleybol üzrə yığma komandası Avropa Oyunlarına qələbə ilə başlayıb. Azerisport.az xəbər verir ki, Aleksandr Çervyakovun komandası Rumıniya ilə görüşü xeyrinə başa vurmağı bacarıb - 3:1 (25:20, 25:18, 27:29, 25:15).