Elvin və Sabah finalda, Həsən bürünc uğrunda güləşəcək

Tarixdə ilk dəfə təşkil edilən Avropa Oyunları çərçivəsində güləş yarışları 13-18 iyun 2015-ci il tarixdə Heydər Əliyev adına İdman Sarayında keçirilir. Azerisport.az xəbər verir ki, yarışların ilk günündə güləşçilərimiz bir dəst medal qazanıb.
Rəsul Çunayev (71 kq) qızıl, Rafiq Hüseynov (80 kq) gümüş və Elman Muxtarov (59 kq) bürünc medala sahib olub.
İkinci yarış günündə 66, 75, 85 və 130 kq çəki dərəcəsində yunan-Roma güləşçiləri mübarizə aparıb.
66 kq
1/16 final - Saçino Davitaia (GEO) - Həsən Əliyev 2:4
1/8 final - Daniel Janecic (CRO) - Həsən Əliyev 0:5
1/4 final - Mixail Siamionau (BLR) - Həsən Əliyev 0:3
1/2 final - Həsən Əliyev - Miqran Arutyunyan (ARM)
Bürünc medal görüşü - Həsən Əliyev
75 kq
1/16 final - Riçard Riqo (SVK) - Elvin Mürsəliyev 0:8
1/8 final - Elvin Mürsəliyev - Ionel Puskasu (ROU) 2*:2
1/4 final - Çingiz Labazanov (RUS) - Elvin Mürsəliyev 2:4
1/2 final - Elvin Mürsəliyev - Zurabi Datunaşvili (GEO) 3:2
FİNAL - Viktor Nemes (SRB) - Elvin Mürsəliyev
85 kq
1/16 final - Saman Təhmasibi - Fabio Parisi (ITA) 8:0
1/8 final - Maksim Manukyan (ARM) - Saman Təhmasibi 9:0
130 kq
1/8 final - Sabah Şəriəti - Mikola Kuçmii (UKR) 8:0
1/4 final - Jakobi Kajaia (GEO) - Sabah Şəriəti 2:5
1/2 final - Ioseb Çuqoşvili (BLR) - Sabah Şəriəti 0:6
FİNAL - Rıza Kayaalp (TUR) - Sabah Şəriəti