Azərbaycan karateçiləri daha iki medal qazandılar
14 iyun 2015 20:00

Azərbaycan karateçiləri Avropa Oyunlarında daha iki qızıl medal qazanıblar. Azerisport.az xəbər verir ki, öncə 68 kq çəki dərəcəsində yarışan İrina Zaretskaya finalda Avstriya təmsilçisi Alisa Buhingerə qalib gələrək baş mükafata sahib çıxıb.
Onun ardınca 84 kq çəki dərəcəsində mübarizə aparan Ayxan Mamayev də həlledici görüşdə yunanıstanlı Georgios Çanosa qalib gəlib və Azərbaycana Avropa Oyunlarında beşinci medalı qazandırıb.
Aytən Səmədli (+68 kq) və Şahin Atamov (+84 kq) qrupdan çıxa bilməyib. Kata yarışlarında mübarizə aparan Tural Balcanlı və Adilə Qurbanov da qrup mərhələsini uğursuz başa vurub.
Qeyd edək ki, karateçilərimiz ondan əvvəlki gündə iki qızıl, iki bürünc medal almışdılar.