Rus qızlar üçün yaxşı başlanğıc

Bakı Su İdmanı Mərkəzində sərbəst hərəkətlər üzrə sinxron duetlərdə Dariya Luaqina və Valeriya Filenkova qızıl medal qazanıblar. Azerisport.az xəbər verir ki, Valeriya Filenkova çıxış vaxtı çox həyəcanlı olduqlarını bildirib:
“Ölkəmizi Oyunlarda təmsil etmək və komandamız üçün ilk medal qazanmaq olduqca böyük məsuliyyətdir. Bizə görə çıxışımız olduqca yaxşı idi, ancaq qalib olmaq üçün nəyin yaxşı, nəyin pis olduğunu ancaq məşqçidən soruşmaq lazımdır".
Qızların məşqçisi Yuliya Qrevtseva onların daha yaxşı çıxış edə biləcəklərini hesab edir:
"Ancaq bu da pis deyildi. Onlar hələ çox gəncdir. Gələcəkdə necə bir cütlük olacaqlarını demək çox çətindir. Lakin bu, onlar üçün yaxşı bir başlanğıc oldu. Xarakterləri fərqli olsa da, bir-birilərini tamamlayırlar".
Yuliya Qrevtseva sinxron üzgüçülük üzrə digər 4 medalı qazanmaq üçün də əllərindən gələni edəcəklərini bildirir.