16 iyun - diqqətiniz yarışlarda olsun
Bu gün Avropa Oyunlarında 7 Azərbaycan komandası və idmançısı mübarizə aparacaq. Azerisport.az sizi günün proqramı ilə tanış edir.
Durunda diqqət mərkəzində
Bədii gimnastika. Saat 9:00-dan
2014-cü ilin Dünya Çempionatında çoxnövçülük üzrə fərdi finalda altıncı yerdə qərarlaşan azərbaycanlı Marina Durunda Milli Gimnastika Arenasında bədii gimnastika üzrə podiumda məşqlərdə iştirak edib.
Taekvondoçular zirvəyə can atır
Taekvondo. Saat 10:30-dan
Azərbaycanın güclü taekvondo komandasının üzvlərindən yüngül çəki dərəcəsində Patimat Abakarova və Məhəmməd Məmmədov çərşənbə axşamı Kristal Zal 3-də yarış meydanına çıxacaqlar.
İdmançı Məmmədov 2014-cü il gənclər arasında Dünya çempionudur və kişilər arasında 58 kq-dək çəki dərəcəsində beynəlxalq səviyyədə fərqlənmək istəyir. 17 yaşlı taekvondoçu Məmmədov kimi, 20 yaşlı Abakarova da öz çəki dərəcəsində 4-cü yeri tutur. İlkin mərhələ üzrə Abakarova saat 10:30-da, Məmmədov isə saat 10:45-də ardıcıl olaraq birinci oyunlarını keçirəcəklər.
Eyni hədəf uğrunda atıcılıq
Kamandan oxatma. Saat 09:00-dan
Azərbaycanın kamandan oxatma komandası çərşənbə axşamı reytinq mərhələsinin keçiriləcəyi Tofiq Bəhramov adına Respublika Stadionunda mübarizə aparacaq.
Ər-arvad Olqa Senyuk və Taras Senyuk ilk yerləri qərarlaşan azərbaycanlı oxatanlar kimi vəsiqə qazanmağı ümid edirlər. Beləliklə onlar qarışıq komanda yarışlarında iştirak edə biləcəklər. Olqa əslən Moldovadan, Taras isə Ukraynadandır. Onlar cəmi bir ildi ki, ev sahibliyi edən ölkənin vətəndaşlarıdırlar.
Azərbaycanlıların nəzəri həmyerlilərdən Leyla Fazilovanı əvəz edən 25 yaşlı Yaylagül Ramazanova üzərində olacaq. Belə ki, Fazilova özü isə, çiynindən zədə aldığına görə oyunu dayandıran komanda yoldaşı Suqraxanım Müqabilzadənin yerinə yarışacaq.
Güclülərə qarşı
Atıcılıq. Saat 11:25-dən
Qadınlar arasında səngər stendi yarışında iştirak edənlər arasında 21 yaşlı Azərbaycanı təmsil edən Alina Rəfixanova yalnız son iki ildə atıcılıqla məşğul olmasına baxmayaraq, güclü oyunçudur. O, Avropanın ən yaxşı beş idmançısı, Olimpiya və dünya çempionları ilə mübarizə aparacaq.
Serbiya öz nəzərlərində
Voleybol. Saat 22:00-dan
Azərbaycanın kişilərdən ibarət voleybol komandasının çərşənbə axşamı ilk əsas qələbələrini qazanmaq imkanları var. Onlar, günün son yarışında Serbiya ilə qarşılacaqlar. Bazar günü keçirilmiş yarışlarda qalibiyyətin bir addımlığında, 2-0 hesabı ilə irəlidə olsalar da, sonda Finlandiyaya məğlub oldular.
Çətin sınaq
Stolüstü tennis. Saat 11:00-dan
Azərbaycanlı Rüfət Quliyeva qadınlar arasında təkbətək yarışında 21 yaşlılar arasında 3-cü yerdə qərarlaşan rumın Bernadette Soç ilə üzləşib. Yarış çətin keçib. Komanda yarışlarında Bernadettenin enerjisi və vokal stili heyrandeici idi.
Yerli favoritlər qumsallığı fəth edirlər
Çimərlik voleybolu. Saat 10:00-dan
Çimərlik arenasında qadınlar arasında çimərlik voleybolu turniri keçiriləcək. Bütün gözlər iki yeni Azərbaycan cütlüyünün üzərində olacaq. Hər ikisi medala namizəd hesab olunan Vivian Cunha və Zinaida Liubymova doğma azarkeşlər qarşısında çıxış edəcək ilk cütlüklərdir. Onların ardınca isə həmyerlilərdən Raquel Ferreira və Lulia Kərimova mübarizəyə davam edəcəklər.