Səlimov erməni ilə döyüşəcək
16 iyun 2015 15:00
Birinci Avropa Oyunlarında Albert Səlimovun rəqibi məlum oldu. Azerisport.az xəbər verir ki, 60 kq çəki dərəcəsində mübarizə aparan boksçumuz 1/8 final mərhələsində Gürcüstanı təmsil edən Otar Eranosyanla qarşılaşacaq.
Gürcüstan idmançısı 1/16 final mərhələsində latviyalı Artyom Ramlavsı məğlub edib - 3:0.
Qeyd edək ki, Səlimov WSB liqasından 2016-cı ildə keçiriləcək Rio de Janeyro Olimpiadasına vəsiqə qazanıb.