İspaniya oxatan üçlüyünə güvənir
İspaniya komandası Bakı 2015 birinci Avropa Oyunlarında keçiriləcək kişilər arasında kamandan oxatma növü üzrə yarışlarda səylə mübarizə apararaq təsnifat tarixçəsini dəyişmək əzmindədir. Azerisport.az xəbər verir ki, yığma Olimpiya Oyunlarında sonuncu dəfə 1992-ci ildə Barselonada keçirilmiş yarışlarda iştirak edib və 22 il sonra Bakı 2015-də yer alaraq Olimpiya Oyunları "quraqlığna" son qoymaq niyyətindədirlər.
İspan idmançı Antonio Fernandes bildirib ki, birinci Avropa Oyunlarında qalibiyyət əldə olunarsa növbəti hədəf Rio 2016 olacaq. Ona görə də bu yarışlarda iştirak komanda üçün vacibdir:
"Orada olmaq istəyirik. Beləliklə biz əsas diqqətimizi Oimpiya Oyunlarına yönəltməklə komandamızın həmin oyunlarda iştirakına nail olmaq istəyirik. Bütün bunlardan sonra növbəti Oyunlar barədə düşünməyə başlayacağıq".
24 yaşlı Fernandesi İspaniya komanda heyətinə gətirən idmançı Xuan İqnasio Rodriques və dünya reytinqində 16-cı yerin sahibi Miquel Alvarno Qarsia olub. Gənc və enerjili komanda Bakı 2015-də şanslarına əmindir.
Oxatan Alvarno Qarsia Avropada yüksək reytinqə malik idmançıdır. 21 yaşlı Qarsia Dünya Kuboku mövsümündə tutduğu 10-cu yerini son zamanlar daha da möhkəmləndirib. O, kişilər arasında medal əldə etmək uğrunda komanda və fərdi yarışda mübarizə apararaq yüksək nəticələrə imza atmaq istədiyini deyib.
İdmançı Rodriques 23 yaşında gənc idmançı olmasına baxmayaraq dünya reytinqində 40-cı yerə sahibdir. İspan Fernandes isə 52-ci yerdə qərarlaşıb. Bu iki idmançı Bakı 2015 ilk Avropa Oyunlarında kişilər arasında kamandan oxatma üzrə keçirilən yarışlarda təhlükəli rəqib hesab olunurlar.