Abdullayevin də rəqibi bəlli oldu
16 iyun 2015 16:40
Avropa Oyunlarında 91 kq çəki dərəcəsində çıxış edən Abdulqadir Abdullayevin 1/8 finaldakı rəqibi məlum olub. Azerisport.az xəbər verir ki, milli komandamızın üzvü iyunun 21-də macarıstanlı Adam Hamori ilə qarşılaşacaq.
Hamori 1/16 final mərhələsində slovakiyalı Erik Tlkanek üzərində qələbə qazanıb - 3:0.
20 yaşlı boksçu gənclər arasında Avropa birinciliyində gümüş medala layiq görülüb.