Zoran Terziç komandasından Avropa Oyunlarında ancaq qələbə gözləyir
Bazar ertəsi Kristal Zalda keçirilən voleybol yarışlarında Serbiya komandasının Almaniyanı 3-1 hesabı ilə məğlub etdi. Azerisport.az xəbər verir ki, bundan sonra Serbiyanın baş məşqçisi Zoran Terziç komandasından növbəti oyunlarda da yalnız qələbə gözləyir.
Terziç etiraf edir ki, rəqibin ehtiyat oyunçularının səviyyəsi yüksək olduğuna görə onlara qalib gəlmək çətin tapşırıq idi.
"Burada bizim üç çətin rəqibimiz var. Deməli, bizi qarşıda kifayət qədər çətin oyunlar gözləyir. Biz bu oyunlarda qalib gəlmək istərdik".
Almaniya ilə oyunda Serbiya komandası birinci setin nəticəsində rəqibi 26-24 hesabı ilə üstələdi. İkinci mərhələdə hakimə etirazına görə Serbiya komandasının məşqçisi Terziç sarı vərəqə ilə cəzalandırıldı. İkinci set 25-18 hesabı ilə Serbiya komandasının məğlubiyyəti ilə nəticələnsə də, üçüncü mərhələdə Serbiya komandası rəqibini 25-15 hesabı ilə məğlub etməyi bacardı.
Almaniyalı məşqçi Luçiano Pedullanın etirazları nəzərə alınmadı. Beləliklə, Serbiya komandası dördüncü mərhələdə 25-22 hesabı ilə qalib gəldi.
Terziç etiraf edir ki, onların növbəti mərhələdə qarşılacağı Bolqarıstan komandasının digər oyunda Rusiyaya qalib gəlməsi xəbəri onu təəccübləndirib:
"Bu, mənim üçün olduqca gözlənilməz xəbər idi. Çünki Rusiya çox güclü komandadır. Təbii, Bolqarıstan əla oyun nümayiş etdirib. Yəqin ki, bizim oyun da maraqlı alınacaq".
15 iyunda günün sonuncu görüşündə Azərbaycan komandası Polşalı həmkarlarını 3-0 hesabı ilə məğlub edərək qrupda altıncı xalını qazandı. Kristal Zalda olan güclü azakeş dəstəyinin imkanlarından istifadə edən Aleksandr Çervyakovun (AZE) komandası birinci setdə rəqibi 28-26 hesabı ilə məğlub etdi. İkinci setdə Azərbaycan komandası güclü azarkeş dəstəyi ilə rəqibi üzərində 25-15 hesabı ilə inamlı qələbə qazandı.