Neftçi İK-nın kollektivi bütün idmançılarımızı yeni-yeni qələbələrə səsləyirlər
16 iyun 2015 18:00

Bakıda keçirilən ilk Avropa Oyunlarında Azərbaycan idmançılarının uğurlu seriyası davam edir. Azerisport.az xəbər verir ki, artıq atletlərimiz qitənin ən nüfuzlu yarışında qazandıqları medallarla bütün Avropaya səs salıblar.
Əldə olunan bu nailiyyətlərdə "Neftçi İdman Klubu"nun üzvlərinin də payı var. "Neftçi İdman Klubu"nun kollektivi, azarkeşlər bütün idmançılarımızı yeni-yeni parlaq qələbələrə səsləyirlər.