Tayfur Əliyevin də rəqibi müəyyənləşdi
16 iyun 2015 18:45
Azərbaycan boksçusu Tayfur Əliyevin (56 kq) Avropa Oyunlarının 1/8 finalındakı rəqibi məlum olub. Azerisport.az xəbər verir ki, Milli komandamızın üzvü ispaniyalı Dieqo Pereyra Ferreri məğlub edən (3:0) Nikolae Andreiana ilə qarşılaşacaq.
Həmyerlimiz rumıniyalı boksçu ilə iyunun 19-da görüşəcək.