Yığmamız Serbiyaya məğlub oldu
17 iyun 2015 00:35
Kişi voleybolçulardan ibarət Azərbaycan yığması Avropa Oyunlarının qrup mərhələsi çərçivəsində növbəti matçını keçirib. Azerisport.az xəbər verir ki, A qrupunda yer alan millimizin rəqibi Serbiya olub.
Qarşılaşma Azərbaycan yığmasının məğlubiyyəti ilə başa çatıb - 0:3 (22:25, 18:25, 19:25).
Qeyd edək ki, Azərbaycan ilk oyununda Finlandiyaya məğlub olmuşdu - 2:3. Hazırda komandamız 1 xalla qrup sonuncusudur.