Azərbaycan idmançıları qələbəyə köklənib
Çərşənbə axşamı qadınlar arasında çimərlik voleybolu üzrə yarışların nəticəsi sürprizsiz ötüşmədi. Azerisport.az xəbər verir ki, Avstriya - Azərbaycan qarşılaşmasında 3-0 hesablı il irəli çıxan Vivian Kunha (AZE) və Zinaida Lyubimmovanın (AZE) rəqiblərinə asanlıqla üstün gələcəkləri gözlənilirdi. Axı bundan əvvəl avstriyalı Katarina Şutzenover və Lena Mariya Plesyutşniq litvalı rəqiblərinə uduzmuşdular.
Lakin oyun avstriyalıların xeyrinə başa çatdı. Onlar Azərbaycana 21-19, 21-15 hesabı ilə qalib gəldilər.
Azərbaycan cütlüyü özlərinin A qrupunda Litva cütlüyü Dumbauskayte və Povilaytite qarşı bu axşam (17 İyun) keçiriləcək final görüşündə çox çalışmalıdır.
Azərbaycanın digər idmançıları - Rakuel Ferreira və İuliia Kərimovanın hesabında iki qələbə var. Onlar Ukrayna cütlüyü Darya Udovenko və Yelizaveta Sulima üzərində 21-17, 21-16 hesabı ilə aşkar qələbə qazanıb.
"Biz yarışlara yavaş başladıq və getdikcə nəticələrimizi daha da yaxşılaşdırdıq. İuliia çox yaxşı oynamağa başlayıb. Mən axşamkı oyundan narahat idim. İndi isə özümüzlə qürur duyuram".
Səhər sessiyasında Ferreira və Kərimova, Katarzina Kosilolek (POL) və Dorota Straqı (POL) iki setdə məğlub etmişdi. Onların ilk qələbəsi axşamkı oyunlarına da müsbət təsir göstərdi.
"Kömək sizin öz dərinizdə hiss etdiyiniz, sizin ağlınızı əlinizdən alan nə isə bir şeydir" - deyə Kərimiva bildirib.
Qadınların Bakı Çimərlik Arenasında yarışları çərşənbə günü günortadan sonra davam edəcək.