Azərbaycan İtaliyaya da qalib gəldi
17 iyun 2015 19:00
Azərbaycanın qadın voleybolçulardan ibarət yığması Avropa Oyunlarında növbəti görüşünü keçirib. Azerisport.az xəbər verir ki, Aleksandr Çervyakovun komandası İtaliya ilə qarşılaşıb.
Görüş millimizin qələbəsi ilə başa çatıb - 3:1 (25:22, 25:20, 22:25, 25:22).
Qeyd edək ki, Azərbaycan yığması bundan əvvəl Rumıniya (3:1) və Polşaya (3:0) qalib gəlmişdi.
Azərbaycan 3 görüşdən sonra 9 xalla A qrupuna rəhbərlik edir.