Ayxan Tağızadə Avropa Oyunlarında qızıl medal qazandı
17 iyun 2015 23:00
Bu gün Avropa Oyunlarında taekvondo üzrə növbəti yarış günü baş tutub. Azerisport.az xəbər verir ki, Azərbaycan təmsilçilərindən Ayxan Tağızadə günü qızıl medalla başa vurub.
68 kq çəki dərəcəsində yarışan həmyerlimiz finalda polşalı Karl Robaka qalib gəlib və baş mükafata sahib çıxıb.
57 kq-da yarışan Günay Ağakişiyeva startdaca uduzub.