Azərbaycan boksçuları Bakı-2015-də mübarizəyə başlayır
18 iyun 2015 11:15
Bu gün Avropa Oyunlarında Azərbaycan boksçuları mübarizəyə qoşulacaq. Azerisport.az xəbər verir ki, 81 kq çəki dərəcəsində mübarizə aparan Avropa çempionu, Olimpiya oyunlarının bürünc mükafatçısı Teymur Məmmədov ilk görüşdə saat 13:45-də Böyük Britaniya təmsilçisi Coşua Buatsi ilə üz-üzə gələcək.
Lorenzo Sotomayor isə (64 kq) saat 18.15-də Sloveniya boksçusu Edin Sejdinoviçlə üz-üzə gələcək.
Qeyd edək ki, boks yarışları "Cristall Hall"da keçirilir.