Teymur Məmmədov Soltan Migitinovun məğlub etdiyi rəqibə qarşı
18 iyun 2015 16:00
Avropa Oyunlarında Teymur Məmmədovun 1/8 finaldakı rəqibi 20 yaşlı polşalı boksçu Yordan Kulinski olacaq. Azerisport.az xəbər verir ki, Kulinski bu mövsüm WSB liqasında 1 görüş keçirərək, uduzub.
Azərbaycanlı boks həvəskarları da polşalı boksçunu xatırlamalıdırlar. Kulinski "Rafako Hussars Poland" komandasının heyətində fevralın 7-də Qubada "Baku Fires"lə görüşdə rinqə çıxıb. Boksçumuz Soltan Migitinov Kulinskini 5-ci raundda texniki nokautla məğlub edib.