Azərbaycan boksçusu 1/8 finala yüksəldi
18 iyun 2015 18:40
Azərbaycan milli komandasının üzvü Lorenzo Sotomayor (64 kq) Avropa Oyunlarında ilk görüşünü qələbə ilə başa vurub. Azerisport.az xəbər verir ki, boksçumuz 1/16 final mərhələsində sloveniyalı Edin Sejdinoviçi məğlub edib - 3:0 (30:26, 30:26, 30:24).
Sotomayor 1/8 final mərhələsində Moldova nümayəndəsi Dmitri Qalaqotla üz-üzə gələcək. Qalaqot 2013-cü ildə Minskdə keçirilən Avropa çempionatında gümüş medala layiq görülüb.
Sotomayor - Qalaqot qarşılaşması iyunun 21-də keçiriləcək.