Musalovun Avropa Oyunlarının 1/8 finalındakı rəqibi məlum oldu
18 iyun 2015 19:20
Azərbaycan milli komandasının üzvü Xaybula Musalovun Avropa Oyunlarının 1/8 finalındakı rəqibi məlum olub. Azerisport.az xəbər verir ki, boksçumuz Fransa təmsilçisi Kristian Mbilli Assomo Hallieri sınağa çəkəcək.
Fransa nümayəndəsi 1/16 final mərhələsində moldovalı Viktor Karapçevşi məğlub edib. Mbilli bu mövsüm Puerto Riko komandasının heyətində WSB liqasında iki döyüş keçirib və hər 2 qarşılaşmada texniki nokautla qalib gəlib.