Məhəmmədrəsul Məcidovun Avropa Oyunlarında rəqibi məlum olub
18 iyun 2015 20:30
İkiqat dünya, Avropa çempionu, Olimpiya Oyunlarının bürünc mükafatçısı Məhəmmədrəsul Məcidovun (+91) Avropa Oyunlarında rəqibi məlum olub. Azerisport.az xəbər verir ki, boksçumuz 1/8 final mərhələsində Gürcüstan idmançısı Mixail Baxtidze ilə qarşılaşacaq.
26 yaşlı boksçu 1/16 final mərhələsində ukraynalı Vladislav Sirenkonu üstələyib.
Baxtidze 2011-ci ildə Ankarada keçirilən Avropa çempionatının bürünc mükafatçısı olub. O, 2011-ci ildə Bakıda keçirilən dünya çempionatında ikinci mərhələdə xorvatiyalı Filip Hrqoviçə nokautla uduzub. 2013-cü ilin qitə çempionatında isə gürcüstanlı boksçu britaniyalı Coe Coyza uduzub.
Məcidov - Baxtidze döyüşü iyunun 19-da, saat 21:45-də başlayacaq.