Harçeqani çempion oldu, Əzizova gümüş medalla kifayətləndi
18 iyun 2015 23:00
Avropa Oyunlarının taekvondo üzrə yarışlarında növbəti yarış günü geridə qalıb. Azerisport.az xəbər verir ki, Azərbaycan taekvondoçuları günü 1 qızıl, 1 gümüş medalla başa vurublar.
Fəridə Əzizova (67 kq) Hollandiya, Türkiyə, İsveç idmançılarına qalib gələrək finala çıxıb. Amma həlledici görüşdə rusiyalı Anastasiya Barışnikova ilə görüşdə uduzan taekvondoçumuz gümüş medalla kifayətlənib.
Milad Beiqi Harçeqani (80 kq) isə Serbiya, Böyük Britaniya, Portuqaliya idmançılarını məğlub edərək finala yüksəlib. Final görüşündə rusiyalı rəqibi Albert Qaun üzərində də qələbə qazanan təmsilçimiz qızıl medala sahib çıxıb.