Azərbaycan medal sayına görə Avropa Oyunlarında ikinci yerdədir
19 iyun 2015 00:40

Avropa Oyunlarının geridə qalan 6 yarış günündən sonra Azərbaycanın hesabında 29 medal var. Azerisport.az xəbər verir ki, idmançılarımız indiyə kimi 12 qızıl, 5 gümüş, 12 bürünc medal qazanıblar.
Bu göstərici ilə ölkəmiz Avropa Oyunlarında ikinci yerdə gedir. Ən çox medal qazanan ölkə isə Rusiyadır - 40. Qonşu ölkə təmsilçiləri 22 qızıl, 9 gümüş, 9 bürünc medal əldə ediblər.
İlk onluqda qərarlaşan ölkələrin medal sıralaması belədir: Rusiya – 40 (22-9-9), Azərbaycan – 29 (12-5-12), Macarıstan – 13 (7-1-5), Belarus – 19 (6-3-10), Almaniya – 18 (5-6-7), Türkiyə – 20 (5-3-12), Serbiya – 8 (5-3-0), Böyük Britaniya – 8 (4-1-3), Ukrayna – 18 (3-6-9), İspaniya – 13 (3-6-4).