Salman Əlizadənin 1/4 finalda rəqibi müəyyənləşdi
19 iyun 2015 15:00
Salman Əlizadə (49 kq) Avropa Oyunlarının 1/4 final mərhələsində irlandiyalı Brendan İrvinle qarşılaşacaq. Azerisport.az xəbər verir ki, İrvin 1/8 finalda bolqarıstanlı Tinko Banabakovu məğlub edib - 3:0.
İrlandiya komandası Avropa Oyunlarından öncə Bakıda təlim-məşq toplanışı keçdiyindən hər iki boksçu bir-birini yaxşı tanıyır. Əlizadə - İrvin qarşılaşması iyunun 22-də keçiriləcək və saat 13:30-da başlayacaq.