Radik İsayev finalda
19 iyun 2015 17:40
Avropa Oyunlarında taekvondo yarışları davam edir. Azerisport.az xəbər verir ki, Azərbaycan yığmasının üzvü Radik İsayevin çıxışı uğurlu alınıb.
+80 kq-da yarışan həmyerlimiz Hollandiya, Sloveniya idmançılarına qalib gələrək, finala yüksəlib.
Digər təmsilçimiz Marina Tedeyeva isə startda ukraynalı rəqibinə uduzaraq, mübarizəni erkən dayandırıb.