Stolüstü tennisdə medal yarışları keçiriləcək
Birinci Avropa Oyunlarında ötən gün kişilər arasında keçirilmiş stolüstü tennis yarışları üzrə yarımfinalda, Almaniyanın bir nömrəli tennisçisi Dmitriy Ovtçarov, böyük britaniyalı Pol Drinkhola qarşı mübarizədə, dünya reytinqində 3-cü yerə sahiblənən belarus Vladimir Samsonov isə ukraynalı Kou Leyə qalib gələrək finala yüksəliblər. Azerisport.az xəbər verir ki, dünya üzrə reytinq cədvəlində 2-ci yerdə qərarlaşan alman idmançı Timo Boll oyunlardan geri çəkilib. Buna səbəb isə onun xəstəliyi olub.
26 yaşlı Ovtçarov, Drinkhola qarşı oyuna çox pis başlasa da, sonradan oyunu öz xeyrinə dəyişə bilib. Və, qarşılaşma 4-2 hesabında britaniyalı Drinkholun məğlubiyyəti ilə sona çatıb.
Belarus tennisçı Samsonov, ukraynalı rəqibinə göz açmağa imkan verməyib. 39 yaşlı idmançı Kou Leyə 4-1 hesabı ilə qalib gəlib.
Kişilər arasında stolüstü tennis yarışlarında bürünc medal uğrunda mübarizənin bu gün saat 19:00-da, Bakı İdman Zalında keçirilməsi planlaşdırılır.
Ovtçarov və Samsonov arasında qızıl medal uğrunda qarşılaşma isə 20:00-dan etibarən başlayacaq.