Leyla Cavadova məğlub oldu, Teymur Məmmədov 2-ci görüşdə də qalib gəldi
19 iyun 2015 22:00
Azərbaycanlı boksçu Teymur Məmmədov Avropa Oyunlarında daha bir qələbə qazanıb. Azerisport.az xəbər verir ki, o, 1/8 final mərhələsində Polşa təmsilçisi Yordan Kulinskini məğlub edib - 3:0.
75 kq-da yarışan Leyla Cavadova isə Rusiya təmsilçisi Yaroslav Yakuşina ilə dueldən məğlub ayrılıb (0:2) və Avropa Oyunlarındakı çıxışını erkən başa vurub.