Məhəmmədrəsul Məcidov da qələbə ilə başladı
19 iyun 2015 22:30
Azərbaycanın boks üzrə yığma komandasının üzvü Məhəmmədrəsul Məcidov Avropa Oyunlarına qələbə ilə başlayıb. Azerisport.az xəbər verir ki, milli komandamızın üzvü 1/8 final mərhələsində gürcüstanlı Mixail Baxtidzeni məğlub edib - 3:0.