Azərbaycan Belçikaya da qalib gəlib, lider oldu
19 iyun 2015 22:45
Azərbaycanın qadın voleybolçulardan ibarət yığma komandası Avropa Oyunlarının qrup mərhələsi çərçivəsində növbəti görüşünə çıxıb. Azerisport.az xəbər verir ki, millimiz bu dəfə Belçika ilə qarşılaşıb.
Çətin və gərgin keçən qarşılaşmada qələbə yığmamıza qismət olub. Nəticədə, maksimum nəticə göstərən yığmamız qrup liderliyini ələ keçirib.
Azərbaycan – Belçika - 3:2 (25:21, 22:25, 25:20, 21:25, 15:6)
A qrupundakı vəziyyət: Azərbaycan - 11 xal (4 oyun), Türkiyə – 10 (4), Polşa – 8 (4), Belçika – 4 (4), İtaliya – 3 (4), Rumıniya – 0 (4).