İsayev Avropa Oyunlarının qalibi oldu
19 iyun 2015 23:00

Azərbaycan taekvondoçusu Radik İsayev Avropa Oyunlarının qızıl medalını qazanıb. Azerisport.az xəbər verir ki, +80 kq çəki dərəcəsində yarışan idmançımız həlledici görüşdə rusiyalı Vladislav Larinlə görüşüb.
Finalda 4:3 hesabıyla üstün olan təmsilçimiz qızıl medala sahib çıxıb.
Qeyd edək ki, bu, Azərbaycanın Avropa Oyunlarındakı 13-cü qızıl medalı olub.