Azərbaycan medal sayına görə Avropa Oyunlarında yenə də ikinci yerdədir
20 iyun 2015 00:05

Avropa Oyunlarının geridə qalan 8 yarış günündən sonra Azərbaycanın hesabında 30 medal var. Azerisport.az xəbər verir ki, idmançılarımız indiyə kimi 13 qızıl, 5 gümüş, 12 bürünc medal qazanıblar.
Bu göstərici ilə ölkəmiz Avropa Oyunlarında ikinci yerdə gedir. Ən çox medal qazanan ölkə isə Rusiyadır - 49. Qonşu ölkə təmsilçiləri 27 qızıl, 12 gümüş, 10 bürünc medal əldə ediblər.
İlk onluqda qərarlaşan ölkələrin medal sıralaması belədir: Rusiya – 49 (27-12-10), Azərbaycan – 30 (13-5-12), Macarıstan – 14 (7-2-5), Almaniya – 21 (6-7-8), Belarus – 22 (6-4-12), Serbiya – 9 (5-4-0), Türkiyə – 21 (5-3-13), Böyük Britaniya – 10 (4-2-4), Ukrayna – 20 (3-6-11), İspaniya – 14 (3-6-5).