Məhəmmədrəsul Məcidovun növbəti rəqibi müəyyənləşdi
20 iyun 2015 11:20
Azərbaycan boks yığmasının üzvü Məhəmmədrəsul Məcidovun Avropa Oyunlarının 1/4 finaldakı rəqibi müəyyənləşib. Azerisport.az xəbər verir ki, 1/8 final mərhələsində gürcüstanlı Mixail Baxtidzeni məğlub edən (3:0) boksçumuz 1/4 final mərhələsində türkiyəli Əli Dəmirəzənlə qarşılaşacaq. Görüş iyunun 22-də, saat 21:00-da başlayacaq.