Azərbaycan Avropanın ən güclüsü oldu

Bakı 2015 Avropa Oyunlarının taekvondo yarışları başa çatdı. Azerisport.az xəbər verir ki, bu idman növü üzrə yarışlarda dörd gün ərzində 8 dəst medal öz sahibini tapdı.
Təqdiredici haldır ki, taekvondo üzrə ən yaxşı göstəricilər Azərbaycana aiddir. Belə ki, qeyri-rəsmi komanda hesabında Azərbaycan yığmasının 3 qızıl, 1 gümüş və 1 bürünc müdal qazanıb. Bu da mükafat qazanan 13 ölkə arasında ən yaxşı nəticədir. Beləliklə, oyunların ev yiyəsi yarışa qatılan bütün rəqiblərini qabaqlayaraq, Bakı 2015-in ən yaxşısı adını əldə edib.
Taekvondo üzrə ən çox medal qazanın ölkələr sırasında ikinci yeri Böyük Britaniya (3 medal), üçüncü yeri isə Rusiya (5 medal) tutur. Medal qazanan 13 ölkədən yalnız 5-nin idmançıları çempion tituluna yiyələnə bilib.
Taekvondo üzrə medal qazanan azərbaycanlı idmançılar:
QIZIL:
Ayxan Tağızadə (68 kq çəki dərəcəsi),
Milad Beiqi Harçeqani (80 kq çəki dərəcəsi),
Radik İsayev (+80 kq çəki dərəcəsi).
GÜMÜŞ:
Fəridə Əzizova (67 kqçəki dərəcəsi).
BÜRÜNC:
Patimat Abakarova (49 kq çəki dərəcəsi).