Elvin Məmişzadə və Albert Səlimov 1/4 finalda
Bu gün Avropa Oyunlarında iki boksçumuz rinqə çıxıb. Azerisport.az xəbər verir ki, Elvin Məmişzadə və Albert Səlimovun hər ikisi rinqi qələbə ilə tərk edib.
Avropa Oyunlarında 60 kq çəki dərəcəsində çıxış edən Albert Səlimovun artıq 1/4 finaldakı rəqibi də məlum olub. Boksçumuz növbəti görüşünü bolqarıstanlı Elian Dimitrova qarşı keçirəcək. Dimitrov 1/8 finalda Ermənistan təmsilçisi Samvel Barseqyan üzərində qələbə qazanıb. Səlimov isə bu gün Gürcüstan millisinin üzvü Otar Eranosyanı məğlub edib - 3:0. Səlimov Asenovla iyunun 23-də üz-üzə gələcək.
Elvin Məmişzadə (52 kq) isə 1/4 final mərhələsində bolqarıstanlı Daniel Asenovla qarşılaşacaq. Asenov 1/8 final mərhələsində ispaniyalı Linare De La Nievanı məğlub edib - 3:0. Məmişzadə isə bu gün İrlandiya təmsilçisi Myles Kasey üzərində qələbə qazanıb - 3:0. Məmişzadə - Asenov görüşü iyunun 22-də, saat 19:30-da başlayacaq.