Oleq Stepko Bakı-2015-də medal sayını 5-ə çatdırdı
20 iyun 2015 21:00

Bu gün Avropa Oyunları çərçivəsində Milli Gimnastika Arenasında idman gimnastikası üzrə yarışlara yekun vurulub. Azerisport.az xəbər verir ki, Azərbaycan gimnastika yığmasının üzvü Oleq Stepko uğurlu çıxış ilə yadda qalıb.
Belə ki, o, ayrı-ayrı növlərdə 1 qızıl, 1 gümüş və 1 bürünc medal qazanıb.
Xatırladaq ki, Stepko əvvəlki günlərdə Avropa Oyunlarında Azərbaycana daha iki medal (1 gümüş və 1 bürünc) qazandırmışdı.