Azərbaycan Polşaya məğlub oldu
20 iyun 2015 21:30
Azərbaycan kişi voleybolçulardan ibarət yığma komandası bu gün Avropa Oyunlarının qrup mərhələsi çərçivəsində növbəti matçına çıxıb. Azerisport.az xəbər verir ki, millimiz bu dəfə də meydanı məğlub tərk edib:
Polşa - Azərbaycan - 3:0 (25:14, 25:13, 25:17).
Qrupun digər oyunları: Fransa – Türkiyə (3:0), Serbiya - Finlandiya (3:0).
Qrupdakı vəziyyət: Polşa – 9, Fransa – 10*, Türkiyə – 7, Serbiya – 7, Finlandiya – 2, Azərbaycan – 1.
*Fransa Polşaya qələbə sayında uduzur.