Yana Alekseyeva qələbə ilə başladı
21 iyun 2015 14:45
Yana Alekseyeva (60 kq) Avropa Oyunlarında ilk görüşünü qələbə ilə başa vurub. Azerisport.az xəbər verir ki, boksçumuz 1/8 final mərhələsində finlandiyalı Mira Potkonen üzərində qələbə qazanıb - 3:0.
Boksçumuz növbəti mərhələdə Zinaida Dobrınina (Rusiya) - Sandra Brugger (İsveçrə) cütünün qalibi ilə qarşılaşacaq. Alekseyeva rinqə iyunun 23-də çıxacaq.