Azərbaycan medal sayına görə Avropa Oyunlarında yenə də ikinci yerdədir
22 iyun 2015 00:55

Avropa Oyunlarının geridə qalan 9 yarış günündən sonra Azərbaycanın hesabında 35 medal var. Azerisport.az xəbər verir ki, idmançılarımız indiyə kimi 14 qızıl, 7 gümüş, 14 bürünc medal qazanıblar.
Bu göstərici ilə ölkəmiz Avropa Oyunlarında ikinci yerdə gedir. Ən çox medal qazanan ölkə isə Rusiyadır - 77. Qonşu ölkə təmsilçiləri 40 qızıl, 23 gümüş, 14 bürünc medal əldə ediblər.
İlk onluqda qərarlaşan ölkələrin medal sıralaması belədir: Rusiya – 77 (40-23-14), Azərbaycan – 35 (14-7-14), Almaniya – 31 (10-9-12), Belarus – 33 (8-7-18), Böyük Britaniya - 18 (8-3-7), Macarıstan – 15 (8-2-5), İsveçrə – 13 (7-4-2), Serbiya – 11 (7-4-0), İspaniya – 21 (6-8-7), Türkiyə – 23 (5-3-15).