Azərbaycan medal sayına görə Avropa Oyunlarında ikincidir
23 iyun 2015 00:35

Avropa Oyunlarının geridə qalan 11 yarış günündən sonra Azərbaycanın hesabında 39 medal var. Azerisport.az xəbər verir ki, idmançılarımız indiyə kimi 14 qızıl, 11 gümüş, 14 bürünc medal qazanıblar.
Bu göstərici ilə ölkəmiz Avropa Oyunlarında ikinci yerdə gedir. Ən çox medal qazanan ölkə isə Rusiyadır - 86. Qonşu ölkə təmsilçiləri 44 qızıl, 23 gümüş, 19 bürünc medal əldə ediblər.
İlk onluqda qərarlaşan ölkələrin medal sıralaması belədir: Rusiya – 86 (44-23-19), Azərbaycan – 39 (14-11-14), Almaniya – 32 (11-9-12), Belarus – 41 (10-9-22), Serbiya - 12 (8-4-0), Böyük Britaniya – 18 (8-3-7), Macarıstan – 15 (8-2-5), İspaniya - 22 (7-8-7), İsveçrə – 13 (7-4-2), İtaliya - 18 (6-9-3).