Səkkiz cüdoçumuzdan yalnız biri gümüş medal qazana bildi
25 iyun 2015 21:30

Bu gün Avropa Oyunları çərçivəsində cüdo yarışları da baş tutdu. Azerisport.az xəbər verir ki, cüdo üzrə yarışların ilk günündə tatami üzərinə səkkiz idmançımız çıxıb.
Onlardan yalnız 60 kq-da çıxış edən Orxan Səfərov finala qədər irəliləyə bilib. Amma o da finalda rusiyalı Beslan Mudranova uduzaraq, gümüş medalla kifayətlənib.
Nicat Şıxəlizadə (66 kq), Leyla Əliyeva, Aişa Qurbanlı (48 kq), Səkinə Zairova (52 kq), Kifayət Qasımova (57 kq), İlqar Muşkiyev (60 kq) və Tərlan Kərimov (66 kq) isə uğur qazana bilməyib.