Sabir Allahquliyevin dublu yığmamızı İsveçrəyə məğlubiyyətdən xilas etmədi
25 iyun 2015 22:00

Bu gün Avropa Oyunlarının çimərlik futbolu üzrə yarışlarında qrup mərhələsinin ikinci turunun görüşləri baş tutub. Azerisport.az xəbər verir ki, Azərbaycan yığması bu dəfə İsveçrə ilə qarşılaşıb.
Təəssüf ki, millimiz bu dəfə də meydanı məğlub tərk edib.
Qrupun digər oyununda Portuqaliya Ukraynaya 5:4 hesabıyla qalib gəlib.
Xatırladaq ki, millimiz ilk turda Ukraynaya 1:3, İsveçrə isə Portuqaliyaya 5:6 hesabıyla uduzmuşdu.
Azərbaycan - İsveçrə - 4:7 (0:3, 3:2, 1:2)
Qollar: Ramil Əliyev, 15 (1:4), Orxan Məmmədov, 20 (2:5), Sabir Allahquliyev, 20 (3:5), 28 (4:5).